ABŞ-ın Kaliforniya ştatının sakini Robert Roy pişikləri öldürdüyünə görə 16 il müddətinə azadlıqdan məhrum edilib.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, Kaliforniyanın rayonlarından birində pişiklər 2015-ci ildən yoxa çıxmağa başlayıb.
Polis R. Roya məxsus avtomobilin cihaz panelinin üstündə pişik meyiti aşkarladıqdan sonra avtomobildə axtarış aparıb. Həmin vaxt R. Roy da maşında yatılı vəziyyətdə olub. Axtarış nəticəsində maşından bıçaq, qanlı əlcəklər və pişik tükləri tapılıb.
Araşdırmaların yekununda R. Royun ümumilikdə 21 pişiyi öldürdüyü məlum olub.