Dərbənddə baxımsız qalmış Nizami Gəncəvi parkının ərazisində yanğın baş verib.

Unikal.org Report-a istinadən xəbər verir ki, alov yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb.

Yanğının səbəbləri və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Məlumata görə, yanğın vaxtilə əhəmiyyətli mədəni istirahət yerinin tənəzzül tarixinin davamı ola bilərdi. Tarixi-mədəni əhəmiyyətə malik park illərlə abadlaşdırılmır, ona görə də, burada təsadüfi yanğın ehtimalı maksimuma qədər artıb. Agentlik dəfələrlə hakimiyyət, hüquq-mühafizə orqanları və ictimaiyyətin diqqətini Nizami parkı ətrafında yaranan vəziyyətə yönəldib. Məlum olduğu kimi bu ərazidə tikinti işləri yekunlaşıb.

2015-ci ildə burada XVI əsrə aid qəbiristanlıq aşkar olunduğuna görə, tikinti işləri dayandırılıb.