Beş ərəb ölkəsi FİFA-ya məktub ünvanlayıb. 

Unikal.org-un məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Cianni İnfantino məlumat verib.
O, bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Liviyanın ortaq hazırladığı məktubda DÇ-2022-nin Qətərdən alınmasının vacibliyi vurğulanıb.
Müttəfiqlər FİFA-ya Qətərdə keçirilməsi planlaşdırılarn mundialın terror təhlükəsi səbəbindən riskli ola biləcəyini bildiriblər. Bu səbəbdən azarkeşlərin təhlükəsizliyini nəzərə alaraq futbol bayramının bu ölkədə olmamasının doğru olacağını qeyd ediblər.
Daha əvvəl isə 6 ərəb ölkəsi - BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Yəmən və Liviya Qətəri terrora dəstək verməkdə ittiham etmiş, onunla bütün diplomatik əlaqələri kəsmişdilər.
Qeyd edək ki, Dünya Çümpionatının 2022-ci ildə 21 noyabr - 18 dekabr tarixləri arasında keçirilməsi planlaşdırılıb.