Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 100 m2 olan ikimərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.