Tovuzda ana və iki aylıq körpəsi zəhərlənib.

Unikal.org bildirir ki, hadisə rayonun Qovlar kəndində baş verib. 30 yaşlı Şəlalə Əliyeva həyətlərindəki toyuq hinində dərmanlama işi gördükdən sonra körpəsinə süd verib. Bir qədər keçdikdən sonra isə qadın və 2 aylıq oğlu Süleyman Sadıqovun halı pisləşib. Onlar dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirlib, tibbi yardım göstərildikdən sonra səhhətləri normallaşıb. Xəstəxanadan ana və körpəsinin həyatı üçün heç bir təhlükə gözlənilmədiyi bildirilib. /xezerxeber.az