Bakıda dənizdə batan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata
görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə
Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə
çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı
sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 21:36-da başa çatıb.
Əməliyyat saat 21:36-da başa çatıb.