Bakının Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində yolu keçmək istəyən yaşlı qadın Orucov Firuz Şahmurad oğlunun idarə etdiyi "90-OZ-390" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil tərəfindən vurulub.
Zərərçəkmiş hadisə yerində ölüb. Sürücü Xəzər Rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.