Bakının Xatai rayonunda intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Keşlə kənd qəbirstanlığında qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Emin Xasay oğlu atası, Əliyev Xasay Qacay oğlunun qəbrinin yanında özünü şam ağacından asaraq intihar edib.

Faktla bağlı Xatai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.