Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb.

Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib. Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib. Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub. Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib.

Hazırda FHN-nin Salyan məntəqəsinin dalğıc-xilasediciləri meyitlərin tapılması istiqamətində axtarışlarını davam etdirirlər.

14:33

Hacıqabul rayonunda iki nəfər Kür çayında batıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Talış kəndində baş verib.

Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində batan şəxslər,  43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fəriddir.

Batan şəxslərin axtarışları davam etdirilir.

***
18:32

Hacıqabul rayonunda Kür çayında batan ata və oğlun meyiti tapılıb.

"Report"un Aran bürosunun məlumatına görə, 15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun meyiti FHN-nin xilasediciləri tərəfindən tapılıb.

Meyit adiyyəti üzrə təhvil verilib.