"Barselona"nın futbolçusu Arda Turanın Kataloniya klubundan ayrılmayacağı dəqiqləşib.
Unikal.org xəbər verir ki, La Liqa təmsilçisinin ABŞ-da təlim-məşq toplanışı üçün heyətində türk yarımmüdafiəçinin də adı yer alıb.
Qeyd edək ki, bundan əvvəl "Barsa"nın yeni baş məşqçisi Ersento Valverdenin Ardanı komandada görmək istəmədiyi bildirilirdi.