Sumqayıt şəhər sakini kanalizasiya quyusuna düşüb.

Unikal.org  xəbər verir ki, Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxs ölüb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzinin həmin şəxsi xilas etmək üçün quyuya düşən bir əməkdaşı da qazdan boğularaq dünyasını dəyişib, daha üç əməkdaş isə zəhərlənib.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.

Ölənlərin və zəhərlənənlərin şəxsiyyəti müəyyənləşdirilir.

Onlardan ikisinin vəziyyəti ağırdır.