Qazdan zəhərlənən FHN əməkdaşları Bakıya yola salındı - FOTO
17:15 18-07-2017
HADİSƏ
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində kanalizasiya quyusuna düşən şəxsi xilas etmək istəyən 5 FHN əməkdaşından biri dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, hadisə zamanı qazdan zəhərlənən FHM əməkdaşları- Natiq Məmmədov, Zahir Bağırov, Namiq Əhmədov və Ayaz Əliyev Bakıya xəstəxanaların birinə yola salınıb.
Qeyd edək ki, dünyasını dəyişən FHN işçisinin adı isə Ruslan Məmmədovdur.