Son günlər bəzi informasiya resurslarında guya Gürcüstan sərhədçiÂlərinin Samux rayonunun Burunqovaq kəndi istiqamətində sərhəd xəttini təxminən 200 metr Azərbaycan ərazisinə doğru irəli çəkmələri barədə məlumat yayılmışdır.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən unikal.org-a bildirir ki, bu məlumatlar həqiqətə uyğun deyil və internet resurslarınÂda bu kimi yoxlanılmamış məlumatların yayılması yanlış fikirlərin formalaşması, həmçinin əsassız müzakirələrə şərait yaradır.