Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun 104-cü kilometrliyində, Hacıqabul rayonunun Pursaat qəsəbəsi ərazisində qeydə alınıb.
Kərimov Mehman Faiq oğlunu idarə etdiyi "Mersedes Ateko markalı yük maşını hərəkətə olarkən təkərləri partlayıb və nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.
Avtomobilində yük hissəsində olan tonlarla günəbaxan yağı magistral yola dağılıb. Yola dağılmış yağ bir müddət yolda avtomobillərin hərəkətində çətinlik yaradıb.
Avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Eyvazov Elvin Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikaları cəlb olunub, yola dağılmış yağ yuyularaq avtomobillərin hərəkəti bərpa olunub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.