Ötən gecə Sumqayıtda kütləvi zəhərlənmə baş verib.
Unikal.org-un məlumatına görə, hadisə "SOCAR Polymer zavudunun yaxınlığında baş verib. Belə ki, gecə saatlarında oradan keçən 12 nəfər zavoddan havaya buraxılmış qazdan zəhərləniblər.
Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyev faktı Lent.az təsdiq edib. Onun sözlərinə görə, zəhərlənən 12 nəfər dərhal xəstəxanaya yerləşdirilib: "İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Araşdırma nəticəsində bəli olub ki, 12 nəfər ammiak qazından zəhərlənib. Bizə məlumat daxil olan kimi həkim qrupu hadisə yerinə baxış keçiriblər. Məlum olub ki, qısa müddətli zavoddan havaya zəhərli qaz buraxılıb və dərhal da qarşısı alınıb.