Bakıda iki yük maşını qəzaya uğrayıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə Ziya Bünyadov küçəsindəki tuneldə baş verib.

Baku Steel Company MMC-yə məxsus olan və dəmirlə yüklü "KamAZ markalı yük maşını tunellə hərəkətdə olarkən qarşıda hərəkət edən benzin daşıyan yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində "KamAZ deformasiyaya uğrayıb, yedəyindəki qoşqu qopub.

Hadisə zamanı xəsarət alan olmasa da, deformasiyaya uğrayan "KamAz yolun hərəkət hissəsini bağlayıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Onlar yolun "Qələbə və "20 Yanvar dairələrindən hava limanı istiqamətindəki hissəsində nəqliyyatın hərəkətini dayandırıblar. Nəticədə Alı Mustafayev və Rövşən Cəfərov küçələrində uzun tıxac yaranıb.

Qəzaya uğrayan yük maşını qaldırıcı kran vasitəsilə yolun hərəkət hissəsindən götürülüb. Bundan sonra tuneldə avtomobillərin hərəkəti bərpa edilib.

Faktla bağlı araşdırma aparılır.
bakida tunelde iki yuk masini qezaya ugrayib yol baglanib

bakida tunelde iki yuk masini qezaya ugrayib yol baglanib