Tovuz rayon sakini ehtiyatsızlıq nəticəsində dünyasını dəyişib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə Qovlar şəhərində qeydə alınıb.

Rayonun Alakol kənd sakini, 1988-ci il təvəllüdlü İsayev Elçin Qurban oğlu hərəkətdə olan traktora qoşulan ot ilə yüklənmiş qoşqunun üstündə gedən zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb. Ağır dərəcəli kələ-beyin travması alan E. İsayev hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.