Lerik rayonunda üzərinə ağac aşan 64 yaşlı kişi ölüb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Çayrud kəndində baş verib.
Belə ki, həmin kəndin sakini 1953-cü il təvəllüdlü Fəzan Muradovun üzərinə meşədə ağac aşıb.
O, yük maşını ilə meşədən ağac gətirməyə gedib. Hadisə də bu zaman, ağac kəsərkən ehtiyatsızlıqdan baş verib.
F.Muradov aldığı xəsarətlərdən hadisə yerində keçinib. Baş verən bədbəxt hadisə ilə bağlı polis şöbəsinin növbətçi hissəsinə məlumat verilib. Hazırda hadisə yeri müayinə olunur.
Faktla bağlı araşdırmalara başlanıb.