Sabirabad rayonundakı su kanalından kişi meyiti tapılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, rayonun Qalağayın kəndi ərazisindən keçən Sabir kanalında naməlum kişi meyiti aşkar edilib. Meyidin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.