Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. Anasının qucağında avtomobillə vurulan körpə ölüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, yolu keçən ana və övladı "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Nəqliyyat vasitəsi daha sonra "Daewoo" markalı avtomobilə çırpılıb. Sürücü dərhal yaralıları şəhərdəki xəstəxanalrdan birinə aparıb. Göstərilən tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Avtomobillə vurulan 4 aylıq oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun anası, 1993-cü il təvəllüdlü Dilarə Bağırova isə aldığı xəsarətdən hadisə yerində ölüb.
Sürücü hadisədən sonra polisə təslim olub.