Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonu Aşağı Kürdmahmudlu kəndi ərazisində keçirilmiş əməliyyat barədə operativ məlumat yayıb.

Unikal.org ANAMA-ya istinadən xəbər verir ki, iyulun 24-də saat16:28-dəDaxili İşlər Nazirliyinin -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində minanın aşkar olunması barədə məlumat daxil olub.Məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. 

Mütəxəssislər tərəfindən Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən su nasos stansiyasının yaxınlığına baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, daşınması mümkün olduğuna görə ANAMA-nın Mərkəzi Məhvetmə ərazisinə daşınıb.Aşkar olunmuş minanın ətrafında 500 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar olunmayıb.