Oğuzda 44 yaşlı kişi ov tüfəngi ilə güllələnib.
Unikal.org xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 24-ü axşam saat 19:50 radələrində Oğuz rayonu Yaqublu kənd sakini, 1973-cü il təvəllüdlü Laçın Yaqub oğlu İsayev döş qəfəsi və qolunda güllə yarası xəsarəti ilə xəstəxanaya daxil olub.
Müayinə zamanı məlum olub ki, 44 yaşlı Laçın İsayev hələ ki adı açıqlanmayan şəxs tərəfindən ov tüfəngi ilə güllələnib. Laçın İsayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Oğuz rayon Polis Şöbəsindən verilən məlumatda Laçın İsayevin güllənməsi faktı təsdiqlənib, hadisə ilə bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparıldığı bildirilib.