Bakıda hədbol üzrə olimpiya çempionunun maşınla vurduğu qadın dünyasını dəyişib.

Unikal.org report-a istinadən xəbər verir ki, iyulun 20-də baş verən hadisədən sonra komaya düşən qadın 5 gün yaşaya bilib.

Xatırladaq ki, qeyd olunan yol nəqliyyat hadisəsi iyulun 20-də baş verib. Hadisə Yasamal rayonunda qeydə alınmışdı.

Belə ki, Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina idarə etməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurmuşdu. Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Qeyd edək ki, hadisəni törədən sürücü Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.