Bakıda Piyadanı maşın vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Maştağa Qəsəbəsi Kirov dairəsi adlanan ərazidə "Niva" markalı avtomobil yolu keçən 7 yaşlı Məmmədov Ayxan Xəyal oğlunu vurub. Hadisəni törədən sürücü xəsarət alan uşağı yaxınlıqdakı xəstəxanaya yerləşdirib. Onun vəziyyəti orta ağırdır.

Hadisəni törədən sürücü Sabunçu rayon polis idarəsi tərəfindən məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırma aparılır