Bakıda kafedə kütləvi dava düşüb.
Unikal.org "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonunda baş verib.
Belə ki, Çobanzadə küçəsində yerləşən "Opera" kafesində 1993-cü il təvəllüdlü Kərimli Kamran Rafiq oğlu üç nəfərlə əlbəyaxa davaya çıxıb.
Dava nəticəsində o döyülərək xəstəxanaya yerləşdirilib.
Faktla bağlı polis orqanı tərəfindən araşdırma aparılır.