Bakıda marşrut avtobusu qəza törədib.

Unikal.org
report-a istinadən xəbər verir ki, hadisə NZS qəsəbəsində baş verib.

10-TG-014 dövlət qeydiyyat nişanlı 32 saylı marşrut avtobusu avtoyuma məntəqəsindən çıxıb qaraja gedərkən sürücü 39 yaşlı Kərimov Ziyafət Müşfiq oğlu idarəetməni itirib və yol kənarındakı hasara çırpılıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb.

Avtobusun sürücüsü ağır xəsarət alıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər.