Azərbaycandan keçərək Suriyaya gedib İŞİD qruplaşmasına qoşulmaq istəyən şəxs Rusiyada saxlanılıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kabardin-Balkar üzrə Sərhəd Qoşunları İdarəsi məlumat yayıb.
Hüquq-mühafizə orqanları əməkdaşları Mineralnıye Vodı şəhərinin hava limanında Bakıdan tranzit yolu ilə Suriyaya uçmaq istəyən 1997-ci il təvəllüdlü şəxsi təyyarədən endiriblər. Dağıstanda yaşayan bu şəxsin İŞİD-ə qoşulmaq istədiyi bildirilir.
Müvafiq əməliyyat-profilaktik tədbirlərdən sonra o, könüllü şəkildə Suriyaya uçmaqdan imtina edib.
Həmin şəxs barəsində qərar qəbul edilənədək o, hüquq-mühafizə orqanlarının nəzarətində olacaq.