Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsindəki yaşayş evlərindən birində 2010-cu il təvəllüdlü Hüsenyov Paşa Hafiz oğlu hamam otağında duş alarkən onu qəfildən cərəyan vurub.
Uşaq ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib. Ölümün dəqiq səbəbləri araşdırılır.