Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə yolun Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü Qasımov Samir Bəhrəm oğlu hadisə yerində ölüb.
Qəza zamanı "Opel"in sürücüsü Qazax rayon sakini 1994-cü il təvəllüdlü İsmayılov Elvin və sərnişin 1992-ci il təvəllüdlü Əhmədov Elvin müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.