Avstriyada təlim-məşq toplanışında olan "Neftçi bu gün ölkə xaricində ilk yoxlama matçına çıxıb.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, "ağ-qaralar Avropanın tanınmış klublarından olan "Şalke ilə üz-üzə gəlib.

Avstriyanın Noykirxen şəhərindəki "Sportzentrum stadionunda keçirilən qarşılaşma almanların minimal hesablı qələbəsi ilə başa çatıb.

İlk hissdə Tekbete fərqlənib. Güclü yağış səbəbindən olduqca yararsız meydançada keçirilən oyunda başqa qol olmayıb.