İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün dəfn olunub.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata
görə, Cəlilabadın Eçara kənd sakini, 1993-cü il təvəllüdlü Hüseyn Zakir
oğlu Əkbərli anadan olduğu kənddə dəfn edilib.
Dəfin mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin
zabit heyəti, Cəlilabad Rayon İcra Hakimiyyətinin numayəndələri,
Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna örtülən
Azərbaycan bayrağı onun ailəsinə təqdim edilib. Yaylım atəşindən sonra
torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və qərənfillər qoyulub.
xxx
İyulun 30-a keçən gecə düşmən atəşinin qarşısı alınarkən şəhid olan Silahlı Qüvvələrimizin hərbi qulluqçusu bu gün dəfn ediləcək.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, düşmən atəşinin qarşısı alınarkən şəhid olan Cəlilabadın Eçara kənd sakini, Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1993-cü il təvəllüdlü Hüseyn Zakir oğlu Əkbərli anadan olduğu kənddə dəfn ediləcək.
Qeyd edək ki, iyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu H. Əkbərli Hüseyn şəhid olub.