Azərbaycanda Türkiyə vətəndaşına qarşı dələduzluq edilib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, 1965-ci il təvəllüdlü Mehmet Şahin Selahettin polisə şikayətində Müşfiq və Mübariz adlı şəxslərin onun mənzilini sataraq pulunu ələ keçirdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, həmin şəxslərlə birgə iş qurmaq fikrinə düşüb və keçən ilin avqust ayında Yasamal rayonu Əhmədov küçəsindəki mənzilini satmaq üçün onlara etibarnamə verib. Lakin adları qeyd edilən şəxslər verdikləri vədə əməl etməyib və pulu ələ keçiriblər.

Müraciət əsasında araşdırma aparılır.