Bu gün "Qarabağ" komandası Çempionlar Liqasında növbəti matçına çıxacaq.
Unikal.org-un məlumatına görə, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Moldovanın "Şerif" kollektivinin qonağı olacaq.
Tiraspolda baş tutacaq görüş Qurban Qurbanovun baş məşqçisi olduğu komanda üçün tarixi əhəmiyyət daşıyır. Bakıda keçirilən ilk qarşılaşmada rəqibi ilə qolsuz bərabərə qalan "Qarabağ" səfərdə lazımı nəticəni təmin edəcəyi halda qitənin ən nüfuzlu klub turnirində "play-off" mərhələsinə vəsiqə qazanacaq ilk Azərbaycan klubu olacaq.
Ölkə çempionu bunu bacaracağı təqdirdə, paralel olaraq son üç mövsümdə iştirakçısı olduğu Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.
Əks halda, mübarizəni səviyyəsinə görə ikinci olan klub turnirində davam etdirəcək və qrupa düşmək üçün daha bir rəqiblə qüvvəsini sınayacaq.
Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunu
1 avqust
21:00. "Şerif (Moldova) - "Qarabağ (Azərbaycan)
Baş hakim: Roy Reynşreyber
Yan xətt hakimləri: Amihay Yehoşua Mozes, Dan Uçeniç
Dördüncü hakim: Daniel Bar Natan (hamısı İsrail)
UEFA nümayəndəsi: Edqars Pukinsks (Latviya)
Hakim-inspektor: Paulius Malzinskas (Litva)
Tiraspol. "Şerif stadionu
İlk oyun - 0:0