"Bakı Metropoliteninin sabiq rəhbəri Vahid Nadirli vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə "Bakı Metropoliteni QSC tərəfindən rəsmi mətbuatda yayılan elanda deyilir.

"Bakı Metropoliteni QSC-nin rəhbərliyi və kollektivi qurumun sabiq rəisi Vahid Nadirlinin vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir, - deyə dövlət müəssisəsinin elanında qeyd edilib.

Qeyd edək ki, Vahid Nadirli 1946-cı ildə Bakı şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1966-cı ildə Azərbaycan Dəmir Yollarında başlayıb. Burada müxtəlif vəzifələrdə çalışan V. Nadirli 1987-ci ilin fevralın 21-də Bakı metrosunun rəisi təyin olunub və 1993-cü ilədək bu vəzifəni tutub.