Bakıda 2 yaşlı uşaq binadan yıxılıb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospekti ev 115 ünvanında qeydə alınıb. Doqquz mərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan, 2015-ci il təvəllüdlü Emil Əli oğlu Abbaszadə eyvandan yıxılıb. Nəticədə o xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.