Bakıda baş vermiş ana və uşaq ölümünün ilkin səbəbləri məlum olub.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülovanın uşağı onun bətnində bir həftə əvvəl ölüb.
Z. Əligülovanın hamiləlikdən gec xəbər tutduğu, bundan sonra uşağı düşürmək və hamiləliyi dayandırmaq üçün hansısa kimyəvi maddə qəbul etdiyi ehtimal edilir. Ana kimyəvi maddə qəbul etdikdən sonra uşaq ana bətnində ölüb. Bundan xəbərsiz olan ana bir həftə ərzində ölü dölü bətnində daşıyıb. Bir həftə sonra Z. Əligülova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. Belə ki, ananın qəbul etdiyi zəhərli maddələr onun bədəninə sovrulub. Ölümə də bu səbəb olub.
Ana öldükdən sonra döl çürümüş vəziyyətdə onun bətnindən çıxarılıb.
Faktla bağlı araşdırma aparılır. Ana və uşaq ölümünün dəqiq səbəbi isə məhkəmə - kimyəvi ekspertizasının rəyindən sonra bilinəcək.