Sumqayıt şəhər Təhsil şöbəsinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşkilatçılığı, "Azərsun Holding" və "Azərikimya" İB-nin dəstəyi və iştirakı ilə tullantıların toplanması, çeşidlənməsi, idarə edilməsi, təkrar emalı ilə bağlı Sumqayıt məktəblilərinin ekoloji maarifləndirilməsi istiqamətində biliklərinin artırılması və bu sahədə gələcəyin gənc mütəxəssislərinin yetişdirilməsi məqsədilə "Tullantılara ikinci həyat" adlı layihəyə start verilmişdir.

Unikal.org-a verilən məlumata görə, ilk tədbir 12 aprel tarixində Sumqayıt şəhər 13 saylı, növbəti tədbir isə 13 aprel tarixində 24 saylı tam orta məktəbdə keçirilmişdir. Umumilikdə 150-yə yaxın şagirdin iştirak etdiyi tədbirləri giriş sözü ilə Sumqayıt şəhər Təhsil şöbəsinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Emilya Səfərəliyeva açaraq, tədbirin mahiyyəti barədə məktəblilərə geniş məlumat vermişdir. Çıxışında əsasən ətraf mühitin qorunması ilə bağlı məsələlərə diqqət çəkən natiq, məktəblilərlə tullantıların çeşidlənməsi və təkrar emalı, çeşidlənmə nəticəsində əldə olunan qənaət, ən əsası isə ətraf mühitə vurulan zərərin və ağacların kəsilməsinin qarşısının alınması haqqında fikirlərini bölüşmüş, "Kagızın təkrar emalı" ("Ekoloji çantanın hazırlanması") ilə bağlı təqdimatı iştirakçıların nəzərinə çatdırmışdır.

"Azərsun Holding"in İstehsalat müdiri Əli Məmmədovbütün dövrlər üçün aktual olantəkrar emal anlayışı, müasir həyatımızda təkrar emalı zəruri edən amillər, ətraf mühitimizin qorunmasında rolu və faydaları, tullantıların idarə edilməsində tətbiq edilən üsullar (qənaətlə istifadə, təkrar istifadə, təkrar emal, enerji istehsalı, kompost -təbii gübrə istehsalı), həmçinin kağızın təkrar emalının bizə və ekologiyamıza gətirdiyi faydalar haqqında geniş məlumat vermiş, Holding əməkdaşları tərəfindən istifadəyə yararsız kağız tullantılarının təkrar emalı ilə bağlı təqdimat nümayiş etdirilmişdir.

Təlimçilər "Azərikimya" İB tərəfindən tullantıları toplamaq və çeşidləmək üçün məktəblərə hədiyyə olunmuş, xüsusi rənglərlə və rəqəmlərlə nişanlanmış konteynerlər haqqında şagirdlərə bilgi vermiş, rəng və nişanların mahiyyətini izah etmişlər.

Tədbir boyu şagirdləri maraqlandıran suallar təşkilatçılar tərəfindən cavablandırılmışdır.

Tədbirin sonunda xatirə şəkli cəkdirilmiş və iməcilik yolu ilə "Azərikimya" İB tərəfindən təqdim olunmuş ağaclar məktəbin həyətində və məktəbyanı ərazilərdə əkilmişdir.

Aprel-may aylarını əhatə edəcək tədbirlər silsiləsinin şəhərimizin 15-ə yaxın məktəbində keçirilməsi və bu tədbirlərin 1000-dən artıq məktəblini əhatə etməsi nəzərdə tutulmuşdur.