"Azərbaycan neft hasilatını dondurmağa hazırdır".
Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
O, TASS agentliyinə müsahibəsində bildirib ki, neft hasil edən ölkələr arasında aprelin 17-də Dohada imzalanacaq razılaşma hasilat həcmini oktyabradək yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur.
"Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın", - deyə Natiq Əiliyev bildirib.
Nazir əlavə edib ki, razılaşma sırf centlmensayağıdır, belə ki, onun icrasına nəzarət mexanizmi nəzərdə tutulmayıb.
virtualaz.org