Azərbaycan-Rusiya sərhədində avtomobil tıxacı yaranıb. Hazırda onun səbəbləri araşdırılır.

Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan üzrə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Azərbaycan və Dağıstan sərhədində avtomobillərin hərəkəti xeyli çətinləşib, tıxac yaranıb", - deyə məlumatda bildirilir.

Əraziyə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları cəlb olunub.

Səhər saatlarında Azərbaycanda hərbi hissənin ərazisində baş verən partlayış səbəbindən Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılıb. Lakin axşam saatlarında məhdudiyyət aradan qaldırılıb.