Braziliyalı yarımmüdafiəçi Pedro Enrike "Qarabağ futbol klubuna keçməyə yaxındır.

Unikal.org virtualaz.org-a istinadən verdiyi məlumat görə, bu barədə Yunanıstan mətbuatı məlumat verib.

İsveçrənin "Sürix və Fransanın "Renn klublarının keçmiş futbolçusu hazırda Yunanıstanın PAOK komandasına məxsusdur. "Qarabağ yunanlara Pedro Enrike üçün bir illik icarə və sonradan 3 milyon avroya almaq imkanı variantı təklif edib.

PAOK braziliyalı futbolçunu bu ilin yanvar ayında "Renndən 1,6 milyon avroya əldə edib. Bu vaxt ərzində o, klubda 16 oyun keçirib və 4 qol vurub.

27 yaşlı futbolçunun "Qarabağa transferi ilə bağlı danışıqlar davam edir.