Bakının Nizami rayonunda iki qadın bıçaqlanıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, insident Qara Qarayev prospekti, ev 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən binanın giriş qapısının qarşısında 1993-cü il təvəllüdlü Saramanova Vüsalə Əmiraslan qızı və onun rəfiqəsi 1985-ci il təvəllüdlü Mikayılova Elnarə Yanar qızı naməlum şəxs tərəfindən bıçaq xəsarətləri alıb.

Onların hər birinə altı bıçaq zərbəsi yetirilib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatlarını Nizami RPİ-nin istintaqçıları araşdırır.