Şəkidə 76 yaşlı qadın sirkə turşusundan zəhərlənib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu gün saat 14.00 radələrində Şəki şəhəri M. F. Axundov küçəsi, ev 24 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Tamella Qədir qızı Yüzbaşyeva zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
Şəki MRX-dan APA-ya bildirilib ki, Tamella Yüzbaşyevanın səhvən sirkə turşusu içdiyi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Tamella Yüzbaşyevaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.