Xalq artisti, müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlamış şəxslərdən daha biri həbs olunub. Bununla da Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılanların sayı 4-ə çatıb.
Unikal.org-un xəbərinə görə hadisədən bir sutka sonra Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərər vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.
Cinayətkar qruplaşmanın daha iki mümkün üzvünün Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Əliyev Cavid İslam oğlu və 1990-cı il təvəllüdlü Fərəcov Natiq Rafiq oğlunun olduğu müəyyən edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 177 (oğurluq) və 234-cü (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması) maddələri ilə məhkum ediliblər.
Dəstənin 5-ci üzvünün axtarışları davam edir.