DÇ-2018-in seçmə mərhələsində yeddinci turun görüşləri davam edir.
Unikal.org xəbər verir ki, bu gün 9 matç keçiriləcək. İkinci oyun günündə C, E və F qrupunun komandaları mübarizə aparacaq.
Azərbaycan yığması səfərdə Norveçin qonağı olacaq. C qrupunda mərkəzi oyun Çexiya və Almaniya milliləri arasında keçiriləcək.
E qrupunda əsas diqqətlər Danimarka - Polşa matçına yönələcək. Polşa qrupun vahid lideridir. Danimarka isə 2-3-cü yerləri bölüşdürür.
F qrupunda daha çox Slovakiya - Sloveniya görüşü maraq doğurur. Qrupun lideri İngiltərə isə Maltanın qonağı olacaq.
Habelə, Litva - Şotlandiya, Qazaxıstan - Monteneqro, Rumıniya - Ermənistan, San Marino - Şimali İrlandiya qarşılaşacaqlar.