Gəncədə qadın bıçaqlanıb.
Unikal.org bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1975-ci il təvəllüdlü Fərqanə Bayramova döş qəfəsinin və qulağın kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb. F. Bayramovanın işləməsinə etiraz edən həyat yoldaşı gecə işdən çıxan zaman ona bıçaqla hücum çəkib.
Onu da qeyd edək ki, mübahisə zamanı tərəfləri sakitləşdirməyə çalışan qadının atası 1951-ci il təvəllüdlü Mübariz Alsanov da xəsarət alıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.