Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.
Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.
Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.