Bakıda avtomobildən oğurluq edilib.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən 1986-cı il təvəllüdlü Mürsəlov Üzeyir Əlif oğlu bildirib ki, Bülbülə qəsəbəsində ona məxsus olan "Hyundai markalı avtomobilin şüşəsi naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb. Avtomobilin salonunda olan 2 qeyd kitabçası və 7 min avro dəyəri olan qızıl qol saatı oğurlanıb.

Araşdırma aparılır.