Bakı Apellyasiya Məhkəməsində 15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Cabbarovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası N.Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı N.Cabbarov 15 yaşlı qızını əxlaqsız hərəkətlər etməsindən şübhələnərək qısqanclıq zəminində gecə yatdığı amansızlıqla və işgəncə verərək bıçaqla qətlə yetirib.

Məhkəmə dövründə ifadə verən N.Cabbarov bildirib ki, cəbhə bölgəsində aprel ayında aparılan əməliyyatlar zamanı ermənilər tərəfindən atılan qrat 50 metr yaxınlığına düşüb. Ondan sonra başının pozulduğunu deyən təqsirləndirilən şəxs qızını niyə öldürməsini bilmədiyini deyib.

O, Cinayət Məcəlləsi 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla adam öldürmə) və120.2.9-cu maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Cabbarovun 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.