"Barselona"nın kapitanı Andres İnyesta karyerasını İtaliyada davam etdirə bilər.
Unikal.org xəbər verir ki, "Yuventus" 33 yaşlı futbolçunun xidmətində maraqlıdır.
"Qoca sinyora" İnyestanı gələn il heyətinə qatmaq arzusundadı. Bu isə təcrübəli futbolçunun "Barselona" ilə 2018-ci ilin yayına qədər müqaviləsinin olması ilə bağlıdı. Yəni turinlilər Andresi azad agent kimi cəlb etməyi planlaşdırırlar.
İtaliya çempionu həmçinin, "Şalke"nin üzvü Leon Qoretskanı da gələn ilin yayında transfer etmək niyyətindədir.
Qeyd edək ki, Qoretskanın "Şalke" ilə sözləşməsinin müddəti də 2018-ci ilin yayına kimidir.