İmişlidə yaşayış evi yanıb.

Unikal.org ARB-yə istinadən xəbər verir ki, İmişli şəhər sakini, Cavanşir Kərimova məxsus ümumi sahəsi 160 kv.metr olan 5 otaqlı evin evin yanar konstruksiyaları, içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.
Ev sahibi Cavanşir Kərimovun sözlərinə görə, yanğın qısaqapanma nəticəsində baş verib.

Yanğın zamanı yaxınlıqda yerləşən ümumi sahəsi 80 kv.metr olan birmərtəbəli 4 otaqlı evin mansar hissəsinin dam örtüyü də yararsız hala düşüb.

Hadisə yerinə FHN-nin İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.